İşğal altında olan Donetskdə Rusiya hərbçilərinin HƏRBİ BAZASI YANIB

 18-06-2022

İşğal altında olan Donetskdə Rusiya hərbçilərinin hərbi bazasında yanğın baş verib.

Bu barədə yerli “Telegram” kanalları yazıb.

Baza şəhərin Kiyevski rayonunda yerləşir. İlkin məlumata görə, yaralıların sayı 3 nəfərə çatıb.

Atışmaların olduğu bildirilir.

Yayımlanan görüntülərdə yanğın nəticəsində xeyli hündürlükdə böyük qara tüstü sütununun əmələ gəldiyi görünür. Döyüş sursatlarının partlama səsləri eşidilir.

Mənbə: UNİAN

Bənzər yazılar

1.0080180168152