Aleksandr Lukaşenko Amerikanın uzaqmənzilli yaylım atəşli reaktiv sistemlərinin Ukraynaya təhvil verilməsinə əsəbi reaksiya verib.
Aleksandr Lukaşenko Ukrayna Silahlı Qüvvələri rusiyalıların Ukraynaya zərbələr endirmək üçün hərbi baza yerləşdirdiyi Qomel vilayətindəki Mozır şəhərinə hücum edəcəyi təqdirdə Ukrayna şəhərlərini vuracağı ilə hədələyib.
BELTA təbliğat resursunun verdiyi xəbərə görə, bu barədə o, Bobruyskda “Belşina” ASC-nin əməkdaşları ilə söhbəti zamanı bildirib.
Lukaşenkonun məntiqinə görə, Ukrayna hakimiyyəti Rusiyanın Kursk, Rostov, Belqorod şəhərlərini vurmaq üçün Qərbdən əlavə silah istəyir.
“Onlar başa düşəcəklər: Mozırı vursalar, o zaman biz Ukraynaya girmədən Kiyevi vuracağıq. Onlar bunu başa düşməlidirlər. Amma zərbə endirmək üçün zərbə endirməyə nəsə lazımdır ki, bu da bizdə var", - deyə diktator hədə ilə danışıb.
Lukaşenko həmçinin əmindir ki, ABŞ “dünyanı yenidən bölüşdürmək” üçün Ukraynaya silah dəstəyini davam etdirəcək.
Bu ərəfədə respublika komandanlığı tərəfindən Ukrayna sərhədi yaxınlığında hərbi təlimlərin uzadılması barədə məlumat yayılıb.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Belarus ərazisindən hücum olacağı təqdirdə dörd regionda müdafiəyə hazırlığın yoxlanılması barədə göstəriş verib.
Hazırda Rusiya qoşunları respublika ərazisindən Ukrayna şəhərlərinə raket zərbələri endirmək üçün istifadə edir.
Mənbə: UNİAN