İzmirdə saxta bank və ya kredit kartları hazırlamaq və satmaq, bu kartlardan istifadə edərək fayda əldə etmək, möhür və rəsmi sənədləri saxtalaşdırmaq cinayətlərinə görə 104 il həbs cəzasına məhkum edilmiş şəxs 6 ildən sonra ələ keçirilib.
İzmir Polis İdarəsi Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları 2016-cı ildən bəri qaçaq olan məhkumun İzmirdə olduğunu müəyyən edib.
Nəzarətə alınan şübhəli polis bölməsindəki əməliyyatlardan sonra həbsxanaya göndərilib.
Mənbə: Haber Global