Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə Rus Pravoslav kilsəsinin rəhbəri Patriarx Kirill (Vladimir Qundyayev) və bir sıra digər şəxslərə sanksiyalar tətbiq edib.
Bu barədə xarici işlər naziri Liz Truss bildirib.
“Bu gün biz Putinin Ukraynaya qarşı müharibəsini mümkün edənlərə və uşaqların zorla köçürülməsi və övladlığa götürülməsi də daxil olmaqla, saysız-hesabsız əzablara səbəb olanlara qarşı tədbirlər görürük. Biz Ukrayna uğur qazanana qədər yorulmadan azadlığı və demokratiyanı müdafiə etməyə və Putinə təzyiq göstərməyə davam edəcəyik”, - deyə Liz Trass bildirib.
Britaniya hökuməti həmçinin Rusiya Prezidenti Vladimir Putinin tərəfdaşlarına və Rusiya ordusunun bir sıra zabitlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Rusiya Federasiyasında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova da sanksiyalar siyahısına daxil edilib. Qeyd olunur ki, uşaq ombudsmanı Londonun onu ittiham etdiyi “ukraynalı uşaqların məcburi köçürülməsi və övladlığa götürülməsi” bəndinə görə məhdudiyyətlərə məruz qalıb.
Mənbə: Ukrainskaya pravda, Lenta.ru