Çingiz Aytmatovun abidəsini hazırlayacaq heykəltəraş məlum olub

 08-08-2023

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

Qaliblərin siyahısı təqdim olunur:

1-ci yer
Natiq Əliyev

2-ci yer

Nurəli Şahbazov

3-cü yer

İlqar Ağaşov

 

Bənzər yazılar

0.35293197631836