“AzərEnerji” ASC-nin Müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının servis xidmətinin satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “ELECTRO SERVİCE” QSC olub. Tərəflər arasında 152.849,9 AZN dəyərində müqavilə imzalanıb.
Bildirək ki, nizamnamə kapitalı 2 min AZN olan “ELECTRO SERVİCE” QSC-nin qanuni təmsilçi TURAL BABAYEV ƏLİ OĞLUdur.
Xatırladaq ki, “Azərenerji” ASC-nin sədri Baba Rzayevdir.