Avropa İttifaqı, Misir və İsrail Avropaya qaz ixracı ilə bağlı RAZILIĞA GƏLİBLƏR

 16-06-2022

Misirin Qahirə şəhərində Avropa İttifaqı, Misir və İsrail arasında təbii qazın Avropaya ixracına dair üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Avropa Komissiyasının saytındakı mesajda deyilir.

İsrail, Misir və Şərqi Aralıq dənizi regionundakı digər mənbələrdən təbii qaz Misirin LNG ixrac infrastrukturu vasitəsilə Avropaya tədarük ediləcək.

“Tərəflər uzunmüddətli dekarbonizasiya məqsədlərinə uyğun və bazar qiymətlərinə əsaslanan şəkildə davamlı təbii qaz tədarükü istiqamətində birgə çalışacaqlar”, - deyə bəyanatda qeyd olunur.

Həmçinin bildirilir ki, Aİ və Misir bərpa olunan enerji, hidrogen və enerji səmərəliliyi sahəsində əməkdaşlıq etmək barədə razılığa gəlib.

Mənbə: Ukrainskaya Pravda

Bənzər yazılar

0.32967805862427