Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gəldi

 12-03-2022

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

MillətinSəsi.info-nın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Menua Yaribekyanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə üstələyən Hacıyev 1/4 finala yüksəlib. O, bu raundda avstriyalı Simon Marchlla görüşəcək.

Bənzər yazılar

0.20340704917908