Laçında daha bir erməni saxlanıldı: Sərhədi pozan erməni ilə bağlı detallar üzə çıxdı

 01-08-2023

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Aramis Begleryan saxlanılıb.

Bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Onu da bildirək ki, Azərbaycan sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Aramis Begleryanla bağlı bəzi detallar üzə çıxıb. 

“Caliber”in məlumatına görə, o, “Laçın” keçid məntəqəsindən yan keçərək, sərhədi adlamağa cəhd edib. 

Məlumata görə, Begleryan guya ki, “Spayka” humanitar yük daşıma şirkətinin sürücüsünün köməkçisidir. Lakin onun təxribatlar törətmək və ya belə əməllərə zəmin hazırlamaq məqsədilə Azərbaycan ərazisinə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməyə əsas var.

Bir 1 kişi ve ağaç görseli olabilir

Bənzər yazılar

0.15944290161133