Pikassonun rəsm dərslikləri TAPILIB

 13-06-2022

Pablo Pikassonun nəvəsi Diana ailə materialları arasında təsadüfən rəssamın böyük qızı Mayaya rəsm çəkməyi öyrətmək üçün yaratdığı qeyri-adi albom kolleksiyasını tapıb.

Qadın albomları Pikassonun dərsləri ilə bağlı xatirələrini bölüşən 86 yaşlı anasına göstərib. Rəssam albomlarda klounların, akrobatların, tülkülərin, atların və quşların oynadığı səhnələri təsvir edib.

Albomlar arasında Pikassonun Maya üçün hazırladığı incə origami quşları da tapılıb.

Mənbə: “The Guardian”

Bənzər yazılar

0.28673982620239