Finlandiya İsveçsiz NATO-ya DAXİL OLMAYACAQ

 12-06-2022

Finlandiya İsveç olmadan Şimali Atlantika Alyansına (NATO) qoşulmaqdan imtina edir.

Bunu iyunun 12-də ölkəsində səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında Finlandiya prezidenti Sauli Niinistö deyib.

Onun sözlərinə görə, İsveçin Türkiyə ilə problemləri həll olunmasa, Finlandiya İsveçi dəstəkləyəcək.

“Mən deyirəm ki, İsveçin məsələsi bizim məsələmizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, - deyə Niinistö bəyan edib.

Mənbə: iz.ru

Bənzər yazılar

0.79409909248352