Rus milyarderin 530 milyonluq yaxtası ələ keçirilib

 12-03-2022

İtaliyanın Maliyyə Qvardiyası rusiyalı oliqarx Andrey Melniçenkonun aktivlərinə məxsus və dəyəri yarım milyard avrodan çox olan yaxtanı ələ keçirib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə İtaliya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib. “Andrey İqoreviç Melniçenkonun mülkiyyətinə aid olan Triest limanında dayanan təxminən 530 milyon avro dəyərində gəmi dondurulub”, - Qvardiyadan bildirib.

Yaxtanın qiyməti 400 milyon dolları keçir. Onun içərisində 3 hovuz, gümüş məhəccər, vertolyot meydançası, 42 ekipaj üzvü və qonaqlar üçün kayutlar, bomba zərbəsinə davamlı şüşə örtük var. Hovuzlardan birinin döşəməsi şüşədəndir: orada üzənlər dənizin altını seyr edə bilirlər. Yaxtanın uzunluğu 100.5 metrdir.

13 min ton yerdəyişmə qabiliyyətinə malik “A” yaxtası dünyanın ən böyük motoseyleri (öz yelkənləri və ya mühərriki ilə hərəkət edə bilən yaxta tipli motorlu yelkənli gəmi - red.) hesab olunur. O, 2008-ci ildə Almaniyanın Kiel şəhərində fəaliyyətə başlayıb. Gəmi fransız sənaye dizayneri Filip Stark tərəfindən layihələndirilib.

Martın əvvəlində “RİA Novosti” Bloomberg Milyarderlər İndeksinin məlumatlarına əsaslanaraq Melniçenkonun rus milyarderləri siyahısında altıncı yeri tutduğunu bildirib. Onun sərvəti 1,99 milyard dollar artaraq 19,5 milyard dollara çatıb.


 

Bənzər yazılar

0.25347900390625