Şəmkirdə 1 milyon 200 minlik təmir - Qalib şirkət kimindir?

 25-07-2023

Şəmkir rayonunda avtomobil yollarının əsaslı təmirinə 1 267 325,64 AZN sərf olunacaq. 

Valyuta.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin bununla bağlı keçirdiyi tender yekunlaşıb. Tenderin qalibi "KRB Projects" MMC olub. 

Şirkət 15 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5500 manatdır. MMC-nin qanuni təmsilçisi Məmmədov Vurğun Mirbəşir oğludur. 

Açıq mənbələrdə “KRB Porjects” MMC və Vurğun Məmmədov barəsində heç bir məlumat yoxdur. 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdir. O, 2021-ci ildən bu vəzifədədir. 

Bənzər yazılar

0.3588330745697