“Formula-2”nin əsas yarışında iki pilot qəza səbəbindən mübarizəni ERKƏN DAYANDIRIB  

 12-06-2022

Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.

MillətinSəsi.info xəbər verir ki, xoşagəlməz hadisə “Formula-2” yarışında yaşanıb.

Yarışın əvvəllərində Olli Koldvell (“Kampos”) ilə Amauri Kordell (“Van Amersfoort”) toqquşub.

Bu səbəbdən hər iki pilot mübarizəni davam etdirə bilməyib.

Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Milletinsesi.info xəbər verir ki, 29 dövrənin yekununda qalib bəlli olacaq.

Qeyd edək ki, sıralama turunda ən yaxşı nəticəni “Hitech Grand Prix” komandasından Yuri Vips göstərmişdi.

“Carlin”dən Liam Louson ikinci, “Prema Racing”dən Dennis Hauger üçüncü olub.

Qeyd edək ki, saat 15:00-da “Formula-1”də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

Bənzər yazılar

0.49230098724365