Nikol Paşinyan Türkiyəyə görə “dəridən-qabıqdan çıxır”: “Təhlükəsizliyimizi təmin edə bilməyəcəyik”

 25-07-2023

Rusiya və Türkiyə arasında müəyyən fikir ayrılıqlarına baxmayaraq, çox fəal əməkdaşlıq edirlər. 

“Ölkə.Az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün ölkələrin münasibətlərində ziddiyyətlər var, problem onların nə dərəcədə qarşıdurma məntiqinə çevrilməsindədir. 

“Ümumiyyətlə, konseptual və strateji baxımdan dövlətimizin bütün mövcudluğu boyu biz qarşıdurma məntiqində olub və hərəkət etmişik. Bu, istər təhlükəsizlik, istər inkişaf, istərsə də beynəlxalq təsir baxımından bütün aspektlərdə bizim ən böyük problemimizdir. Həmin məntiqə görə, biz uzunmüddətli inkişafımızı, təhlükəsizliyimizi təmin edə bilməmişik və edə bilməyəcəyik”, - deyə Paşinyan əlavə edib.

 

Bənzər yazılar

0.45916104316711