Norveçli siyasətçi eynək oğurladığını etiraf edərək istefa verdi

 25-07-2023

Norveçin Qardermoen şəhərində Oslo hava limanında günəş eynəyini oğurladığını etiraf edən Qırmızı Partiyasının sədri Byornar Moxnes istefa verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Moxnes dünən “Facebook” hesabında paylaşım edib.

“Bir çox insan məndən belə axmaq bir şeyi necə etdiyimi soruşur. Niyə belə hərəkət etdiyimi dəfələrlə düşündüm. Ağlabatan izahatım yoxdur”.

Xatırladaq ki, iyunun 16-da hava limanında eynəyi götürən Norveçli siyasətçi eynəyi “təsadüfən” aldığını iddia etmişdi.

O, mövzu ilə bağlı “Facebook” hesabında, eynəyin özünün olduğunu düşündüyünü və çamadanına qoyduğunu bildirmişdi.

 

Bənzər yazılar

0.32788300514221