Yeni dünya düzənində Ermənistanın yeri… Azərbaycanla sülh zəruridir - Nikol Paşinyan

 25-07-2023

“Dünyada beynəlxalq və geosiyasi vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. Bölgəmizdə sabitliyin əsas amillərindən biri hesab edilən dünya nizamı, əslində, mövcud deyil. Yeni dünya nizamının necə olacağını heç kim bilmir”.

“Ölkə.Az” xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Yeni dünya düzəninin formalaşması prosesində Ermənistanın təsiri qeyri-müəyyən və qeyri-maddidir. O baxımdan geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır”, - Nikol Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ukrayna hadisələri ilə bağlı Cənubi Qafqaz regionunda geosiyasi təsir azalıb, ənənəvi Şərq-Qərb formulları kifayət qədər effektli deyil. 

“Hazırkı şəraitdə regional qeyri-qarşıdurma siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi, Ermənistanın regional gələcəyin memarlığında yeri və rolunun aydınlaşdırılması bizim üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir”, - Nikol Paşinyan bildirib.

O həmçinin əlavə edib ki, Qarabağda yaranmış son durum, Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulaması strateji baxımdan vacibdir: “Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb”.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın bütün əvvəlki hökumətləri bəyan ediblər ki, “Dağlıq Qarabağ problemi”nin Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur, çünki “Dağlıq Qarabağ” heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb:

“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, - Ermənistanın Baş naziri deyib.

Daha sonra o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxumaq qərarına gəlib.
O, Rusiya Prezidenti Vladimir Putinə, fransalı həmsədr Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.

Hökumət başçısı Dövlət Departamentinin hesabatlarından birindən sitat gətirib: “Separatçılar Ermənistanın köməyi ilə “Dağlıq Qarabağ”ın əksər hissəsini və Azərbaycanın digər 7 ərazisini öz nəzarətlərində saxlamaqda davam ediblər”.

Bənzər yazılar

0.36204099655151