Malidə 63 il sonra fransız dili rəsmi dil olmaqdan çıxdı

 25-07-2023

Afrika ölkəsi Malidə fransız dili rəsmi dil olmaqdan çıxıb.

Ölkə.Az “Star” qəzetinə istinadla xəbər verir ki, Malidə 18 iyunda keçirilən xalq səsverməsində əhalinin 96,91%-i fransızcanın rəsmi dil olmaması üçün "hə" deyib. Bu ölkədə qəbul edilən yeni konstitusiyaya əsasən, bundan sonra iş dili kimi fransız dili istifadə olunacaq. Ölkədə danışılan 13 milli dil də rəsmi dil statusu alacaq.

Qeyd edək ki, keçmiş Fransanın müstəmləkəsi olan Mali 1960-cı ildə müstəqillik qazandıqdan sonra fransız dilini rəsmi dil kimi istifadə edirdi. 70-ə yaxın yerli dilin danışıldığı ölkədə "Bambara", "Bobo", "Bozo", "Dogon", "Fulanice", "Maure", "Miniyanka", "Malinke", "Sarakole", "Sonrhai", "Senoufo", "Khassonke" və "Tamashek" 1982-ci il tarixli fərmanla milli dil statusu alıb.

 

 

Bənzər yazılar

0.37354707717896