ABŞ İranla nüvə dialoquna qayıtmağa icazə verir - Entoni Blinken

 25-07-2023

ABŞ gələcəkdə İranla nüvə məsələlərinə dair danışıqlara qayıtmaq imkanını istisna etmir.

Bizimyol.info xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

Eyni zamanda o qeyd edib ki, ABŞ indiki mərhələdə İranın nüvə proqramı ilə bağlı razılaşmanı müzakirə etmir.

Blinken əlavə edib ki, Vaşinqton iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi “azaltmaq” zərurəti barədə Tehranı məlumatlandırıb.

"Görək, bunu edəcəklərmi. Etiraf edirəm ki, bu halda bizdə nüvə problemlərinə dair dialoqa qayıtmağa imkan verəcək atmosfer yaranacaq, lakin hələ ki, bizdə belə bir vəziyyət yoxdur", - deyə Amerika diplomatiyasının rəhbəri əlavə edib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxdı və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Bundan əlavə, Vyanada JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini deyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price Vyanada irəliləyişi təvazökar kimi qiymətləndirərək, Tehranı məsələyə ciddi yanaşmağa çağırıb. İndi Vyana danışıqları prosesində fasilə yaranıb.

Bənzər yazılar

0.37215900421143