“Mənim çıxardığım dərs...” - Makron etirazlardan danışdı

 24-07-2023

Fransa Prezidenti Emmanuel Makron iyunun 27-də 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsinə reaksiya olaraq başlayan və ölkədə günlərlə xaosa səbəb olan hadisələrdən söz açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Makron ictimai asayişin təmin edilməsi ilə belə halların aradan qaldırıla biləcəyini bildirib.

“Bələdiyyə binalarının, gimnaziyaların və kitabxanaların yandırılmasına səbəb olan bu zorakılıq və talanlardan mənim çıxardığım dərs ictimai asayişin qorunmasıdır”, - deyə Fransa Prezidenti qeyd edib.

Makron bu prosesdə həll yolu təqdim etmədiyi üçün tez-tez tənqid edilən Baş nazir Elizabet Borna tam etibar etdiyini söyləyib.

Qeyd edək ki, Fransada iyunun 27-də polisin 17 yaşlı gənci öldürməsindən sonra etirazlar başlamışdı.

Bənzər yazılar

0.38662099838257