Azərbaycanlı kriminal avtoritet həbsdən buraxılıb.
Lent.az xəbər verir ki, kriminal aləmdə "Okro" ləqəbi ilə tanınan Oktay Arıxlınski iyunun 10-da azadlığa buraxılıb.
Bu münasibətlə onun doğulduğu Marneuli şəhərinin Arıxlı kəndində yığıncaq keçirilib.
Xatırladaq ki, "Okro" 2019-cu ildə azadlıqdan məhrum edilmişdi. Onun "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı avtoritet Nadir Səlifovun ən yaxın dostlarından biri olduğu bildirilir.