Məşhur cütlüyün üzünü gizlətdiyi oğlunun ilk görüntüsü YAYILDI

 11-06-2022

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlunun heyranlarının səbirsizliklə gözlədikləri ilk fotosu yayılıb.

Onlar oğulları Kurt Efe ilə istirahətdə ikən kameralara tuş gəliblər.

Cütlük yaxın dostları, sənətçilər Özge Özpirinççi-Burak Yamantürk cütlüyü və futbolçular Mehmet Topal və Gökhan Tören ilə evlərinin yaxınlığında dənizə girərkən obyektivlərə yaxalanıblar.

Sosial mediada yayılan görüntülərdən pərəstişkarları körpəni sarı saçından atasına bənzədiblər.

Mənbə: Sabah

Bənzər yazılar

0.31166315078735