“Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb”.
Bunu “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır:
“Qanunamüvafiq olaraq karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVID-19 pasportu yoxlanılıb. Burada da hər hansı hüquqazidd hal yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə hüquqşünas İlham Təhməzovun “Tərtər işi”nə görə həbs edilməsi ilə bağlı məlumatlar yayılmışdı.