Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifəsindən azad edilib.
MillətinSəsi.info Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
K.Əliyevin digər əmri ilə o, Xocavənd rayon prokuroru təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti təyinatla bağlı məlumatı təsdiqləyib.