Bildiyiniz kimi yaxın günlərdə bəzi işbazlar tərəfindən Belarusiyadan gətirilən toyuqlarla bağlı qarayaxma kampaniyasi başladıldı.
AZİNFORM.AZ xəbər verir ki, bəzi saytlarda bu barədə müxtəlif vətəndaşlar tərəfindən çəkilmiş və sosial şəbəkələrdə yayılan videoları şişirtmə məqalələr də yazıldı.
Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları müxtəlif araşdırmalar apararaq həmin şəxslərlə əlaqə yaratmağa çalışdılar. Çox saylı səylərə baxmayaraq sosial şəbəkələrdə yalan məlumat yayanlar müzakirədən qaçıblar.
Ümüd edirik ki, bu məsələ ilə bağlı onlar öz səhvlərini anlayıb bir daha belə ajiotaj üçün, reytinq və bəyənməyə görə belə videolar çəkməzlər.
Məsələ ilə bağlı diqqətinizə bir məqamı da çatdırmaq istərdik ki, Azərbaycanda xaricdən gətirilən bütün qida məhsullarına AQTA nəzarət edir və bu cür qarayaxma kampaniyaları araşdırılır. AQTA-nın fəaliyyətinə kölgə salmağa çalışan bəzi saytlar fəaliyyətini yalan məqalələr yazdırmaqla deyil xalqa dolğun informasiyalar çatdırmağa sərf etsə daha yaxşı olar.