Həbsdə olan şirkət rəhbərindən şərikinə AĞIR İTTİHAM

 09-06-2022

Elmar Əliyev EVENTOC kimi BCCOC-nu da batıracaq 

Saytımızın ötən buraxılışlarında dərc olunmuş “Bakı halqası”ndan kənardakı “əməliyyat” və “Oğru elə bağırdı ki, doğrunu həbsə atdılar” sərlövhə yazılarla bağlı araşdırmanı davam etdiririk.

Bu dəfə məişət avadanlıqlarının satışı ilə məşğul olan “Firstec” MMC-nin təsisçilərindən biri və direktoru, iki şərikin əsassız iddiası ilə həbsə atılaraq hazırda məhkəməsi gedən Tural Heydərlinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə 15 fevral 2021-ci ildə yazmış olduğu müraciətin xüsusi əhəmiyyət kəsb edən məqamlarından bəhs edəcəyik. Sözügedən müraciətdə T.Heydər yazır:

“…Ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirlərinin aparıldığı bir vaxtda Əliyev Elmar Ziyafət oğlunun fəaliyyəti və topladığı sərvətin araşdırılması aparılarsa, onun korrupsiya elementlərinə yol verməsi təsdiqini tapar. Belə ki, Elmar Əliyevə məxsus olan çoxsaylı daşınar və daşınmaz əmlaklar mövcuddur. Həmçinin Elmar Əliyev xarici ölkələrdə xüsusilə də Almaniyada çoxsaylı daşınmaz əmlaklara malikdir. Elmar Əliyevin, həmçinin onun atası Ziyafət Əliyevin məmur olduğu, yəni onların hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının qanunla qadağan edildiyi nəzərə alınarsa, bu halda Elmar Əliyevin sərvətini hansı yollarla topladığı məlum olar.

Mən Elmar Əliyevin dövlət əmlakı hesabına varlanması, sərvətini qanunsuz yollarla toplaması, məmur kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verməsi barədə faktları açıqladıqdan sonra Elmar Əliyev və başının dəstəsi mənə qarşı qanunsuz əməllərə yol verməyə başlayıb. Onlar, mənə fiziki təzyiq göstərməklə onların qanunsuz əməllərini açıqlamaqdan məni çəkindirməyə çalışırlar. Belə ki, Elmar Əliyev və dostları 27 aprel 2020-ci il tarixdə işlədiyim ofisə hücum edərək orada dağıntı törətmiş, eyni zamanda mənə xəsarət yetiriblər. Hazırda həmin faktla bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsində cinayət işinin istintaqı davam edir.

Bununla kifayətlənməyən Elmar Əliyev şəxsi əlaqələrindən istifadə edərək, həmçinin münasibətdə olduğu məmurların əli ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə təzyiq göstərərək mənim barəmdə cinayət işinin başlanmasına nail olub. Elmar Əliyevin təzyiqlərindən çəkinən Bakı şəhəri Səbail rayon Məhkəməsi mənim barəmdə cinayət işi başlayaraq Elmar Əliyevin qanunsuz əməllərinin yalan olmasını deməyə məni məcbur etməyə çalışır. Lakin, məhkəmə və məhkəməyə təzyiq edən məmurlar nəzərə almırlar ki, Elmar Əliyevin qanunsuz əməlləri barədə göstərdiyim faktlar həqiqətdir və rəsmi sənədlərlə sübuta yetirilir.

Bundan başqa, Elmar Əliyev Azərbaycan Resbublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Avropa Oyunları, İslam Oyunları Formula-1 və sair təşkilatlarda işləyərkən Avropa ölkələrində siyasi sığınacaq almaq istəyən şəxslərə həmin təşkilatlarda işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar verib. Belə arayışlar Avropa ölkələrinin səfirliklərindən viza almaq üçün vacibddir. Belə arayışlardan biri də, Rəcəbov Fuad Xaliq oğluna verilmiş 06 sentyabr 2019-cu il tarixli 488/09 saylı arayışdır. Elmar Əliyev qanunsuz əməllərini həyata keçirərkən Tədbir Əməliyyat Komitəsinin (EVENTOC) Baş Direktoru Elçin Səfərovun da, imzasını saxtalaşdırmaqdan çəkinməyib. Baş verənlər barədə Gənclər və İdman Naziri cənab Azad Rəhimova rəsmi müraciət ünvanlamışam. Ümid edirəm ki, cənab Azad Rəhimov Elmar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına göz yummayacaq.

Təəssüflə qeyd edilməlidir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda qaliblərə verilməsi üçün nəzərdə tutulan medalların qeydiyyatı aparılmayıb. Yarış qaliblərinə verilməsi üçün nəzərdə tutulan medalların xeyli hissəsi Türkiyədə ayrı-ayrı biznes adamlarına satılıb. Müvafiq dövlət orqanları maraqlı olarsa, nümayəndə ayıra və mən həm şəxslə birlikdə Türkiyədə medal verilən iş adamlarını təqdim edə bilərəm. Əlavə olaraq bildirirəm ki, Sizə şikayət ərizəsi ilə müraciət etdikdən sonra Elmar Əliyev mənə olan təzyiqləri daha da, artırıb.

Eyni zamanda Elmar Əliyev qanunsuz əməllərinin bir çoxunu SOCAR-ın adından istifadə etməklə həyata keçirir. Belə ki, Elmar Əliyevin atası Ziyafət Əliyev ARDNŞ-in tabeçiliyində fəaliyyət göstərən “SALYANNEFT” MMC-nin direktoru işləyib və o da, çoxsaylı qanunsuz əməllərə yol verib. ARDNŞ prezidenti cənab Rövnəq Abdullayevin Elmar və Ziyafət Əliyevlərin qanunsuz hərəkətlərini araşdırması zəruridir.

Təəssüflə qeyd edilməlidir ki, Azərbayan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva Bakı Avropa Oyunlarının ən yüksək səviyyədə baş tutması üçün bütün imkanlarını səfərbər etdiyi halda maliyyə məsələlərinə cavabdeh olan Elmar Əliyev ona olan etibardan sui-istifadə edərək qanunsuz yollarla kapital toplamaqla məşğul olub.

Yuxarıda göstərilənlərə əsasən Əliyev Elmar Ziyafət oğlunun qanunsuz əməllərinin araşdırılmasına və mənim təhlükəsizliyimə təminat verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Dövlət Təhlükəsizlik Xidmətinin bu müraciət üzrə hər hansı araşdırma aparması və ya müraciəti aidiyyəti üzrə digər dövlət orqanlarına göndərməsi məlum deyil. Lakin, hər bir halda DTX “törədilmiş cinayət barədə” ərizə üzrə araşdırma aparmalı və cinayət prosessual normaların tələblərinə uyğun olaraq “cinayət işinin başlanması və ya başlanmasının rədd edilməsi barədə” qərarlardan birini qəbul etməli idi. Ola bilsin ki, “törədilmiş cinayət barədə” şikayət ərizəsi barədə DTX rəisi Əli Nağıyevə məlumat verilməyib və bunun nəticəsində yuxarıda qeyd edilən qərarlardan biri qəbul edilməyib. Lakin nəzərə alamaq lazımdır ki, DTX-ya ünvanlanmış şikayətlərin araşdırılmaması nəticəsində Elmar Əliyev himayədarlarının köməyi ilə Tural Heydərlinin özünü həbs etdirib. Bu isə hüquq-mühafizə orqanalarının səhlənkarlığa yol verməsini aşkar şəkildə təsdiq edir. Belə bir araşdırma aparılması bu gün də gec deyil. Bir halda ki, Tural Heydərlinin qohumu və şəriki Elmar Əliyevə yönəlik ittihamları sonuncunun qeyri-leqal yollarla sərvət toplamasından ibarətdir, bu halda belə bir araşdırmanın aparılması heç vaxt gec deyil. Yetər ki, DTX rəisi buna göstəriş versin.

Sərvətdən söz düşmüşkən Elmar Əliyevin mülkiyyətində olan “LEXUS LX470” markalı 10-VT-042 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ S350” markalı 99-FH-010 dövlət qeydiyyat nişanlı, “LAND ROVER RANCE ROVER” markalı 90-OE-010 dövlət qeydiyyat nişanlı və sair avtomobil, daşınmaz əmlak kolleksiyası diqqəti cəlb edir. Maraqlıdır görəsən Elmar Əliyevin notariat əməliyyatları üzə çıxarılarsa, onun daha neçə daşınmaz əmlakın alıqı-satqısı prosesində iştirak etməsi məlum olar? Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BCCOC) aylıq 6799 manat əmək haqqı ilə mühasib vəzifəsində işləyən Elmar Əliyev bu sərvətlərə necə nail olub? Ümumiyyətlə sərvətlər bununla yekunlaşırmı? Bəs yaxın qohumların necə adlarında əmlaklar varmı? Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Elmar Əliyevin bu şirkəti də dağıdacağından narahatlıq keçirirmi? Araşdırmalarımız davam edir.

Mənbə Gundemxeber.Az

Bənzər yazılar

0.21062397956848