Hüseyn Məhəmmədoğlu: “Klarnet ifaçılarının ulduzuyam” - VİDEO

 08-06-2022

Hüseyn Məhəmmədoğlu klarnet ifaçılarının ulduzu olduğunu deyib.

O, bu sözləri ARB TV-nin “Xəbər Ətər” verilişində deyib.

“Aparıcılar məni Azərbaycanın bir nömrəli klarnet ifaçısı kimi təqdim edirlər. Məni bu tərzdə təqdim edəndə onlara iradımı bildirirəm. Bilirsiniz, necə böyük sənətkarlar, klarnet ifaçıları var? Onların yanında mənə “bir nömrə” demək düzgün deyil, haqsızlıqdır. Azərbaycanın ən sevilən, ən populyar klarnet ifaçısı ola bilərəm. Hətta klarnet ifaçılarının ulduzuyam. Ancaq böyük sənətkarlar var, onlardan üzr istəyirəm. Elələri var ki, onları heç kim tanımır”.

Daha ətraflı süjetdə:

 

Bənzər yazılar

0.31008887290955