“Qafqazda xüsusən “3+3” formatını və Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə etdik. Bu mövzularda Rusiya Federasiyasının verdiyi dəstəyə görə təşəkkür edirik”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxışı zamanı deyib.
“Xüsusilə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanmasını regionun sabitliyi baxımından önəmli olduğunu düşünürük”, - deyə M.Çavuşoğlu qeyd edib.