Ucarda torpaqlar ŞORANLAŞIR - Fermerlər çıxılmaz VƏZİYYƏTDƏ

 07-06-2022

Ucarda torpaqlar şoranlaşır. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun əksən əkin sahələri şoranlaşıb. Yerli sakinlər deyir ki, rayonun əkin sahələrinin böyük bir hissəsi ta qədimdən şoranlıqdır. Hazırda şoranlaşan torpaqlar allahın da yadından çıxıb, əkirik, pul tökürük, əziyyət çəkirik, məhsul götürə bilmirik.

Sakinlər deyir ki, hər keçən il vəziyyət daha da ağırlaşır. Nisbətən az şor olan torpaqlar son illər daha da şoranlaşıb gedir. Düzdü drenaj və kollektorlar lildən təmizlənib, işlək vəziyyətə gətirilib. Amma bəzi ərazilərdə drenaj və kollektorlar olmadığından həmin ərazilərdə torpaqlar kütləvi olaraq şoranlaşıb. Dərdimizi deməyə rayonda heç bir qurum tapmırıq. Bilmirik nə edək, kimə deyək, kimdən kömək istəyək.

Ucar Rayon DAİM-dən isə bildirildi ki, rayon üzrə pay torpaqlarının bir qismi şorandır və bəzi fermerlər bu problem səbəbi ilə çəltikçiliyə meyl edərək məhsul əldə edir

Ucar rayon icra hakimiyyətinin başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev məsələyə şifahi olaraq münasibət bildirərkən qeyd etdi ki, hazırda Ucar rayonunda torpaqların şorandan təmizlənməsi ilə məşğul olan belə bir qurum yoxdur. Sadəcə olaraq mövcud drenaj və drenlərin təmiri ilə Ucar Meliorasiya İdarəsi məşğuldur.

Vaqif Mehdiyev onu da qeyd etdi ki, Ucar rayonunda şoranlaşma ötən əsrin 50-ci illərində, Yuxarı Şirvan Kanalı çəkildikdən sonra başlayıb. Göyçay rayonu ilə Ucar rayonunun 34 metr hündürlük fərqi var. Göyçay ərazisindən keçən Şirvan kanalının qrunt suları çökəklikdə yerləşən Ucar rayonuna aid torpaqların şoranlaşmasına səbəb olub.

Ucar suvarma sistemləri idarəsinin meliorasiya şöbəsinin rəisi Mahir Qasımov isə bildirdi ki, rayon ərazisində bizim balansımızda olan, sovet dövründən qalan mövcud drenaj və kollektorların böyük əksəriyyəti təmir olunaraq işlək vəziyyətə gətirilib. Yeni drenaj və kollektorların qurulması isə bizim səlahiyyətimizə aid deyil.

Bənzər yazılar

0.36482000350952