Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 15,66 milyon manat vəsait köçürüb.
MillətinSəsi.info xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumata görə, 2 aylıq ödənişin 9,38 milyon manatı özəlləşdirmə, 6,28 milyon manatı isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 8 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 5 kiçik dövlət müəssisəsi, 105 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 71 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 26 onlayn qoşulma reallaşıb.
Ötən 2 ayda 411 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 151-i qeyri-yaşayış, 260-ı isə torpaq sahələrinə aid olub.