Keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
"Qafqazinfo.az” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, şikayət əsassız sayılaraq rədd edilib.
Xatırladaq ki, N.Bəydəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.