Hamıya məlumdur ki, "Azərbaycan" Nəşriyyatında keçən il oktyabr ayında Ağabəy Əsgərov direktor vəzifəsindən azad olundu. Onun yerinə "Azmarka"nın sabiq rəhbəri Leya Güləliyeva direktor təyin edildi.
Hər kəs bu dəyişikliyin nəşriyyatda müsbət nəticələrə gətirəcəyini gözləyirdi. Lakin yeni direktorun təyinatından keçən 8 ay ərzində gözlənilən müsbət dəyişiklik əvəzinə daha çox mənfi və gözlənilməz ziddiyyətli olaylar baş verir.
MillətinSəsi.info-ya verilən məlumata görə,"Azərbaycan" Nəşriyyatına təyin edilən yeni direktor Leyla Güləliyeva tərəfindən törədilən qanunazidd hallar, yəni təcrübəli, 30 ildən çox çalışan işçiləri və nəşriyyatda çalışan təcrübəli peşəkar işçilər heç bir əsas olmadan işdən çıxarılmış və ya az maaşla işdə saxlanılması hər kəsi şoka salıb.
Hamı Leyla xanım Güləliyevanın nəşriyyatda Ağabəy Əsgərovdan "miras qalmış" daxili təmir problemini həll ediləcəyini, işçi və fəhlələrin əmək haqqı və sosial şəraitini yaxşılaşdıracağını gözləydiyi halda, vəziyyət tam tərsinə cərəyan edir.
Dəyişiklik gözləyən kollektivi və nəşriyyatda otaq kirələyən media rəhbərləri artıq son 8 ay ərzində baş verən qanunsuzluqla bağlı prezidentə şikayət məktubu ünvanlamağa hazırlaşırlar.
01 oktabr 2021-ci il "Azərbaycan" Nəşriyyatına direktor təyin edilən Leyla Güləliyeva 8 ay keçməsinə baxmayaraq, hələ də nəşriyyatda çalışan 170 nəfər təşkil edən əmək kollektivinin üzvlərilə bir dəfə də olsun, görüşməyib.
Kollektiv üzvlərinin rəylərilə maraqlanmır, qəbula gələnləri qəbul etmir, birinci müavini Anarın (4250 manat əmək haqqı alır) yanına getməyə məcbur edir.
Direktorla görüşə bilən azsaylı adamlar isə bildirirlər ki, direktor deyir ki, "mən heç nəyi həll etmirəm", hər şeyi Prezident Administrasiyasının İşlər İdarəsinin müdiri Ramin Quluzadə həll edir.
Amma hiss olunur ki, xanım direktor problemlərin həllini üzərindən atmaq üçün yalan danışır. Necə ola bilər ki, 9.500 (1500 əmək haqqı, əlabə 8000 manat olmaqla, doqquz min beş yüz) əmək haqqı alan direktor heç adi problemi də həll etmir?! Çox maraqlı haldır ki, direktor özü rəssam olduğuna görə nəşriyyatın bir mərtəbəsinin hamısını (min kv. metr genişliyə malik otaqları) rəssamlara min manat əvəzinə 300 manata, amma 15 kv.metr otağı isə jurnalistlərə 150 manata müqavilə bağlayır?!
Fəaliyyətindən aydın hiss olunur ki, xanım direktor qazanmağın qara yollarını çox yaxşı mənimsəyib. Çünki hələlik adlarını çəkmədiyimiz çəkiliş edilən və idarəetmə mərkəzləri kimi istifadə olunan studiyaların sahibləri ilə nəşriyyatın rəhbərliyi arasında gizli sövdələşmə var və az kv.metrlə müqavilə bağlayan, lakin müqavilədə göstəriləndən 5-10 dəfə böyük otaqlar zəbt etmiş xeyli icarədarlar var.
Bəs nə üçün xanım direktor adi xırda problemi həll etmir, amma bir neçə min qazanc verən bu qədər maxinasiya ilə məşğul ola bilir?!
Əslində, Leyla Güləliyeva düz etmir. Çünki "Azərbaycan" Nəşriyyatına vəzifələrə yeni təyin olunmuş kadrların əksəriyyəti - maliyyə şöbəsinin müdiri, direktorun 3 müşavirdən 2-si Ramin Quluzadənin yaxın qohumudur, bacısıoğlu direktorun sürücüsü, digər vəzifəyə təyin olunanlar isə yaxın adamlarıdır. Onlar barədə oxuculara ayrıca yazı təqdim olunacaq.
Sözün əsl mənasında Azərbaycanda bəzi orqanlarda müşahidə edilən acınacaqlı durum indi "Azərbaycan" Nəşriyyatının kollektivini də yaxalayıb. Leyla Güləliyevya hər hansı problemlə bağlı müraciət edən hər kəsə "mənlik deyil" desə də, aydın şəkildə Prezident Administrasiyasının İşlər İdarəsinin müdiri Ramin Quluzadə tərəfindən hazırlanmış "qohum-əqraba və tanışlardan ibarət kollektiv" formalaşdırma proqramını məharətlə icra edir.
Guya sturuktur dəyişikliyi edərək sabiq vəzifəli şəxsləri, hətta cənab prezidentin sərəncamı ilə qorunan müharibə veteranları, qaçqın və köçkün şəxslərin vəzifədən kənarlaşdırmaq üçün şöbələri ləğv edib, yeni kadrlat üçün yeni şöbələr yaradıb.
Nəşriyyatda 6 nəfər mühafizə polisi olduğu halda, direktor 4 nəfərdən ibarət "Mühafizə xidməti" şöbəsi yaradıb. PA İşlər İdarəsinin müdiri Ramin Quluzadənin imzası ilə təsdiq olunmuş ştat cədvəlinə diqqət yetirəndə, oradakı qanunsuzluqları görən adamın başı gicəllənir.
Ramin Quluzadənin qohumu olduğu deyilən yaşlı adam 1200 (min iki yüz) manat əmək haqqı ilə şöbə müdiri vəzifəsinə təyin edilib.
Son günlər yeni təyin olunmuş baş mühasib 1500 manat əmək haqqı təyinatına görə, o, ərizə yazıb, vəzifədə gedib.
Ən maraqlısı isə, PA İşlər İdarəsinin müdiri Ramin Quluzadənin imzası ilə 20.04.2022-ci il tarixdə təsdiq olunmuş 170 ştat vahidinə 119 min manatdan (A. Əsgərovun vaxtında bu rəqəm 50.000 manat olub) çox əmək haqqı və əmək haqqına əlavələr müəyyən edilib. Hansı əsasla, cavabını bilən və izahı yoxdur.
Ştat cədvəlində direktor Leyla Güləliyevanın vəzifə maaşı 1200 (min iki yüz) manat müəyyən edilib, amma maaşa 8.000(səkkiz min) manat əlavə edilib! Maliyyə şöbəsinin müdiri Emin Hüseynovun vəzifə maaşı 1.000(min) manat müəyyən edildiyi halda, onun maaşına 6.000(altı min) manat əlavə müəyyən edilib, niyə?!
Direktorun müşaviri vəzifəsinə təyin olunmuş Anar Mustafayevə 4.250 ( dörd min iki yüz əlli) manat, digər müşavir Şamil Səmədzadəyə 4.150 (dörd min yüz əlli) manat, müşavir vəzifəsinə təyin olunmuş Rövşən Şıxlıya 4.150(dörd min yüz əlli) manat əmək haqqı görəsən, hansı əsasla təyin olunub?!
Daha bir qanun pozuntusuna Kadrlar şöbəsində imza atılıb. 20 il stajı olan, təcrübəli şöbə müdirinə 700(yeddi yüz) manat əmək haqqı saxlanıldığı halda, ondan aşağı işdə çalışan təzə işə götürülmüş əməkdaşa 850 (səkkiz yüz əlli) manat əmək haqqı verilir!
Bundan başqa, "Azərbaycan" Nəşriyyatında daha bir qanunsuzluq odur ki, 2022-ci ildə "Azərbaycan", " Xalq", "Respublika" və "Bakinskiy rabiçiy" qəzetlərinin çap ləvazımatları üçün dövlət büdcəsindən nəşriyyata ayrılmış 2 milyon manat pul nəşriyyata yeni təyin olunmuş vəzifəli şəxslərə yüksək maaş kimi (9.500, 7.000, 4.500, 4.150, 1.200) verilərək, həzm-rabiədən keçirilib!
Maraqlı haldır ki, əmək haqqlarına edilən əlavələrdən dövlət vergisi tutulmur.
Əmlak vergisindən yayınmaq üçün nəşriyyatda yer kirayə edən fiziki və hüquqi şəxslərlə yüksək qiymətə "kirayə müqaviləsi" bağlamaq əvəzinə, redaksiyalar və kirayəçilərlə "komunal xidmət müqavilə"si bağlayır və bu yolla əmlak vergisindən yayınır və vergidən yayındırılmış pullar rəhbərlik tərəfindən mənimsənilir.
Mövzuya qayıdacağıq, bizi izləyin!
Mirdaməd
MillətinSəsi.info