Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin dəstələri bazar günü “Taliban” radikal hərəkatının Baqlan əyalətinin şimalındakı mövqelərinə hücum edib. Toqquşma Əndarab vadisində Puli-Hesar və Taqanak yaşayış məntəqələri yaxınlığında baş verib.
Səhrə komandiri Xeyr Məhəmməd və onun partizanlarının təzyiqi nəticəsində “Taliban” öz mövqelərindən geri çəkilməli olub.
İtkilər barədə məlumat verilməyib.
Mənbə: TASS