Atlantik okeanında YENİ QASIRĞA: “ALEKS”

 06-06-2022

Atlantik okeanında “Aleks” tropik qasırğası əmələ gəlib.

Bu barədə bazar günü ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.

Peyk görüntülərinə əsasən, keçmiş bir nömrəli tropik siklon tropik fırtınaya çevrilib.

Təşkilatın saytında bildirilir ki, hazırda qasırğa 35 km/saat sürətlə şimal-şərqə doğru irəliləyir.

Meteoroloqlar “Aleks”in yaxın 36 saat ərzində Bermud adalarına çata biləcəyini bildirirlər. Bölgədə fırtına xəbərdarlığı elan edilib.

Mənbə: rt.com

Bənzər yazılar

0.20361804962158