Mədəniyyət Nazirliyinin daha 3 regional idarəsinə rəis təyin edildi

 05-07-2023

Mədəniyyət Nazirliyinin daha 3 regional idarəsinə rəis təyinatı olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Rəhimov Ramil Toğrul oğlu Quba-Xaçmaz Regional İdarəsinə, Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional İdarəsinə, Bəşirov Aydın Bəşir oğlu Mərkəzi Aran Regional İdarəsinə rəis təyin olunub.

Bundan başqa, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev vəzifəsindən azad edilib. O bundan sonra öz fəaliyyətini Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi kimi davam etdirəcək. 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə isə Fərid Qurbanzadə təyinat alıb. O bu təyinata qədər Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb. Fərid Qurbanzadənin əvvəlki vəzifəsinə isə hələlik təyinat olmayıb. 

Bənzər yazılar

0.35994386672974