Sosial Xidmətlər Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Azərmaş” MMC olub.
MillətinSəsi.info xəbər verir ki, Agentlik MMC-dən əlilliyi müəyyən edilmiş şəxslər üçün minik avtomobilləri satın alacaq.
Agentlik 160 ədəd minik avtomobilinin satın alınmasına görə “Azərmaş” MMC-yə 1 milyon 999 min 998 manat 26 qəpik ödəyəcək. Məlumat üçün qeyd edək ki, avtomobilin bir ədədinin qiyməti 12 min 500 manatdır.
Qeyd edək ki, “Azərmaş” MMC-nin bu günə olan məlumata görə 7 min 245 manat 67 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.