Dünyanın ən məşhur yutuberi "Titan" faciəsindən necə xilas olub?

 26-06-2023

Xəbər verdiyimiz kimi, Atlantik okeanın dərinliklərində olan "Titanik"in qalıqlarını görməyə aparan "Titan" sualtı gəmisində 5 ekipaj üzvü həlak olub.

Sualtı gəmi ilə bağlı bir çox məqamlar ortaya çıxıb. Belə ki, sərnişinlərdən birinin dostu "The Sunday Times"a müsahibəsində onu "Titanik"ə səyahət etməkdən necə çəkindirdiyini danışıb. Dərin dəniz tədqiqatçısı Viktor Veskovo "OceanGate"in əməliyyatları, sualtı qayığın dizaynı və təhlükəsizliyi ilə bağlı öz narahatlığını britaniyalı milyarder Həmiş Hardinqlə bölüşdüyünü deyib. Ancaq buna baxmayaraq, Hardinq yenə də şansdan istifadə etmək qərarına gəldi.

"Mən ona dedim ki, o lənətə gəlmiş sualtı qayığa minməsin. "OceanGate"in kimisə öldürməsi an məsələsi idi. Amma Həmiş "Titanik"i görmək istəyirdi və bu, yeganə seçim idi. İndi mən “lənətə gəlsin, niyə daha çox səs-küy salmadım, niyə daha israr etmədim" deyirəm" deyə, Viktor söyləyib.

Bundan əlavə, məlum olub ki, dünyanın ən məşhur yutuberi bədbəxt gəminin göyərtəsində ola bilərdi. MrBeast kimi tanınan Cimmi Donaldson tvitter hesabında ondan da ekspedisiyaya qoşulmağı xahiş etdiklərini bildirib.

"Ayın əvvəlində məni sualtı qayıqla "Titanik"i görməyə getməyə dəvət etdilər, imtina etdim. Mənim üçün qorxuludur" deyə, 163 milyon izləyicisi olan fenomen paylaşımında yazıb.

Qeyd edək ki, "Titanik"i görməyə gedənlər britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davur və 19 yaşlı oğlu idi. Bütün heyətin öldüyü təsdiqlənib. Hadisənin baş verməsinə səbəb suyun təzyiqindən sualtı qayıqda içəriyə doğru partlayışın baş verməsi olub.(axşam.az)

Bənzər yazılar

0.37123084068298