"Muğanbank"la Eldar Mahmudovun əmisi oğlunun NƏ ƏLAQƏSİ VAR? - ŞOK İDDİA

 04-06-2022

Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş, əmisi oğlu Vüqar Mahmudov medianın diqqətinə gəlib. Dünəndən etibarən onun əmlaklarının siyahısı tirajlanır. Siyahıda bahalı avtomobillər, evlər, torpaq sahələri, müxtəlif banklara qoyduğu pulların məbləği var. Lakin Vüqar Mahmudovun əsas gəlir mənbəyi yaddan çıxıb. Söhbət “Muğanbank”dan gedir.

MillətinSəsi.info 32gun.az-a istinadən xəbər verir ki, Vüqar Mahmudov “Muğanbank”ın idarəçilərindən biri olub. Baxmayaraq ki, bank “Odlar Yurdu” universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevə məxsusdur. Bankın rəsmi veb- səhifəsində səhmdarların adı belə qeyd edilib:

vuqar eldar

Mehdiyev Elmir Maqbet oğlu – 63,50 %

Vəliyeva Vəfa Əhməd qızı – 12,05 %

Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% 

Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 %

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva onun qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.

Bəs Vüqar Mahmudovun “Muğanbank”a hansı dərəcədə aidiyyatı var?

Məsələ burasındadır ki, Əhməd Vəliyevlə Eldar Mahmudovun münasibətləri kifayət qədər sıcaq olub. Hətta Əhməd Vəliyevin deputatın seçilməsində də keçmiş MTN şefinin rolunun olduğu deyilir. Əhməd Vəliyev 2005-ci ildə deputat mandatı qazanıb. O zaman Eldar Mahmudov artıq Milli Təhlükəsizlik naziri vəzifəsini daşıyırdı və “Qara Kəmər” əməliyyatını keçirirərək hakimiyyət komandasında mövqelərini gücləndirmişdi.

2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan və MTN-də həbs əməliyyatları həyata keçiriləndən sonra onun Əhməd Vəliyevlə bağlı ortaqlığı barədə materiallar tirajlanmağa başlandı. Həmin materiallarda qeyd olunur ki, “Muğanbank”da əsas söz sahiblərindən biri də Vüqar Mahmudovdur. Həmçinin iddia olunurdu ki, Eldar Mahmudovun “qara pulları” məhz bu bank tərəfindən realizə edilib.

Əhməd Vəliyevlə Eldar Mahmudovun yaxınlğını təsdiqləyən faktlardan biri də “Odlar Yurdu” Universitetinin tədrisində keçmiş MTN şefinin atası akademik Əhməd Mahmudova xüsusi diqqət ayrılmasıdır. 2014-cü ildə Universitetdə Əhməd Mahmudovun anadan olmasının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub, ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir. Eldar Mahmudov işdən çıxarılandan sonra bu ənənənin davam etdirilib-etdirilməməsi bəlli deyil.

Bənzər yazılar

0.20650410652161