Slovakiyada lokomotiv sərnişin qatarına ÇIRPILIB: Bir nəfər ÖLÜB

 04-06-2022

Slovakiyanın Jilina şəhəri yaxınlığında lokomotivin sərnişin qatarına çırpılması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə “info.sk” portalı məlumat yayıb.

Portalın məlumatına görə, qatar maşinistlərindən biri ölüb.

Hazırda hadisə yerində yanğınsöndürmə komandaları və tibbi xidmətlər çalışır.

Jilina istiqamətindən qatarların hərəkəti dayandırılıb.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.46874499320984