Almaniyanın maliyyə naziri Ukraynaya səfər etməyi PLANLAŞDIRIR

 04-06-2022

Almaniyanın maliyyə naziri Kristian Lindner Kiyevə səfərə hazırlaşır.

“Mən dəvət almışam və onu qəbul edəcəm. Həmkarım Ukraynanın maliyyə naziri bu günlərdə söhbət zamanı dedi ki, mənim maliyyə naziri olaraq və indiki G7 maliyyə nazirlərinin rəhbəri kimi Kiyevə səfər etməyim onlar üçün faydalı olar. Ona görə də biz indi bunu etmək niyyətindəyik”, - deyə Lindner “Spiegel”ə bildirib.

Almaniyanın inkişaf naziri Svenja Şults ötən həftə Ukraynaya səfər edərək Rusiya təcavüzünün başlanmasından etibarən bu ölkəyə səfər edən Almaniya hökumətinin ikinci üzvü olub.

Mənbə: Evropeyskaya Pravda

Bənzər yazılar

0.19061684608459