Vladimir Putin Ukraynaya taxıl ixrac etmək üçün yollar TƏKLİF EDİB

 03-06-2022

Rusiya Ukrayna taxılının onun tərəfindən işğal edilmiş Berdyansk və Mariupol limanları vasitəsilə ixracını təmin etməyə hazırdır, həmçinin Ukraynanın nəzarətində olan limanlardan taxıl daşıyan gəmilərin beynəlxalq sulara sülh yolu ilə keçməsinə zəmanət verir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Moskva.Kreml.Putin” proqramına müsahibəsində bildirib.

“İlk olaraq taxılın Ukraynanın nəzarətində olan limanlar, Qara dəniz sahilləri - Odessa və yaxın limanlar vasitəsilə ixrac edilməsi mümkündür. Biz onların beynəlxalq sulara heç bir problem olmadan sülh yolu ilə keçməsinə zəmanət veririk.

Onlar minaları təmizləməli və Ukraynanın cənubundakı bu limanlara girişi çətinləşdirmək üçün qəsdən batırılan gəmiləri Qara dənizin dibindən qaldırmalıdırlar. Biz bunu etməyə hazırıq və biz  minalardan təmizləmə əməliyyatlarından dənizdən hansınsa hücumun təşkili üçün istifadə etməyəcəyik.

İkincisi, başqa bir variant da var. Azov dənizinin limanları - Berdyansk, Mariupol - bizim nəzarətimizdədir. Biz bu limanlar vasitəsilə Ukrayna taxılının problemsiz ixracını təmin etməyə hazırıq. Artıq minatəmizləmə işlərini yekunlaşdırırıq. Biz lazımi logistikanı yaradacağıq”.

Putin həmçinin qeyd edib ki, Ukrayna Rumıniya, Macarıstan və ya Polşa vasitəsilə də taxıl ixrac edə bilər.

Mənbə: Ukrainskaya pravda

Bənzər yazılar

0.21885585784912