Parlamentin sabiq vitse-spikerləri indi haradadır? 

 23-06-2023

Azərbaycan müstəqillik əldə etdikdən sonra 7 dəfə qanunverici orqana seçkilər keçirilib. Milli Məclisin rəhbərliyi spiker, birinci vitse-spiker və iki vitse-spikerdən ibarətdir. 2020-ci il keçirilən seçkilərdən sonra Milli Məclisin birinci vitse-spikeri postunu YAP nümayəndəsi Əli Hüseynli tutur. Parlamentin digər vitse-spikerləri isə bitərəf Adil Əliyevlə, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimlidir. 

Bizim.Media müstəqil Azərbaycanın 30 illik tarixində Milli Məclisdə təmsil olunan vitse-spikerlərin indi harada olduqlarını araşdırıb. 

Telman Orucov

1991-ci ilin fevralın 5-dən həmin ilin oktyabrın 11-dək Ali Sovet sədrinin birinci müavini olub. 1999-cu ildən başlayaraq son 15 il ərzində ölkə mətbuatında bir çox məqalələri dərc olunub. 2000-ci ildə ilk iki kitabı – "Zamanın ruhu" və "Tarixdə iz qoyanlar" əsərləri çapdan çıxıb. T.Orucov bir müddət Azərbaycan Demokrat Partiyasında da siyasətlə məşğul olub. 

Ziyad Səmədzadə

16 oktyabr 1991-18 may 1992-ci illərdə Ali Soveti sədrinin birinci müavini işləyib. Sonrakı illərdə də bir sıra məsul vəzifələrdə çalışıb. Hazırda da Milli Məclisdə təmsil olunan Ziyad Səmədzadə parlamentin ən qocaman və stajlı deputatıdır.

Tamerlan Qarayev

18 may 1992-ci ildən 3 sentyabr 1993-cü ilə qədər parlamentdə sədrin birinci müavini kimi çalışıb. 1993-cü ildən bu günə qədər səfir vəzifəsində çalışır. Azərbaycanın Çin, Hindistan, İndoneziyada səfiri olub. Hazırda Litvada fövqəladə və səlahiyyətli səfirimizdir. 

Arif Rəhimzadə 

1994-1995, 1995-2000 və 2000-2005-ci illərdə birinci vitse-spiker postunu tutub. Sonrakı illərdə də parlametdə təmsil olunub və 2020-ci ilə qədər millət vəkili kimi fəaliyyətini davam etdirib.  Hazırda YAP Veteranlar Şurasının sədridir. 

Ziyafət Əsgərov 

2005-2010, 2010-2015 və 2015-2019-cu illərdə MM-də birinci vitse-spiker olub. Hazırda Milli Məclisin deputatı, eyni zamanda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir.  Sadalananlarla yanaşı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan Z.Əsgərov 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub.

Afyəddin Cəlilov 

1992-1994-cü illərdə Ali Soveti sədrinin müavini işləyib. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.

Yaşar Əliyev

Milli Məclisin I və II çağırış üzvü, 1994-1995 və 1995–2002 parlament sədrinin müavini olub. 2002-2011-ci illərdə Azərbaycanın Çin, Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi vəzifəsində çalışır.

Zakir Zeynalov

2000-ci ilin noyabrında Milli Məclisin vitse-spikeri seçilib. Lakin onun vitse-spiker kimi fəaliyyəti qısa çəkib və 2000-ci ilin dekabrın 6-da vəfat edib. Zakir Zeynalov Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədr müavini Gövhər Baxşəliyeva 2000-2005-ci illərdə vitse-spiker olub. Hazırda AMEA-nın Şərqşünaslıq İnstitutunun baş direktorudur. O, 2017-ci ildən etibarən AMEA-nın həqiqi üzvü, eyni zamanda filalogiya elmləri doktorudur.

Bahar Muradova

2005-2010, 2010-2015 və 2015-2019-cu illərdə MM-nin vitse-spikeri olaraq çalışıb. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir. O, 2020-ci ilin martından etibarən bu vəzifədə çalışır. Bahar Muradova həmçinin YAP idarə heyətinin üzvüdür. 

Valeh Əsgərov

2005-2010, 2010-2015 və 2015-2019-cu illərdə MM-nin vitse-spikeri olub. 2019-cu ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilir.

Bənzər yazılar

0.38261699676514