"Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev də hacı oldu

 22-06-2023

17 iyun 2023-cü il tarixindən Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfərlər başlayıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, Azərbaycandan həcc ziyarətinə gedənlər arasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev də var. 

R.Əliyev zəvvarların ilk qrupu ilə Səudiyyə Ərəbistana gedib, ziyarətini başa vuraraq geri qayıdıb. 

Həcc ziyarəti üçün Azərbaycandan sonuncu təyyarə bu gün Məkkə şəhərinə gedib. 

AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edəcək. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaqdır.

Qeyd edək ki, Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Ziyarətə getmək üçün yaş məhdudiyyəti qoyulmayıb.

Bənzər yazılar

0.35840606689453