Ukraynanın müdafiə naziri Kiyevi NATO-nun faktiki üzvü kimi tanımağı TƏKLİF EDİB

 03-06-2022

Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-ya Ukraynanı faktiki üzv kimi tanımağı və onu alyansın Madrid sammitində müzakirə olunacaq yeni strategiyasına daxil etməyi təklif edib.

“NATO-nun Madriddə keçiriləcək sammiti zamanı... (alyans - red.) növbəti 10 il üçün strategiya qəbul edəcək. Məncə, əgər söhbət Ukraynanın de-yure deyil, de-fakto NATO-ya üzvlüyündən gedirsə, bu yaxşı fikir ola bilər, belə ki, Ukrayna da bu strategiyanın bir hissəsi olacaq. Çünki biz Avropanın, NATO və Aİ-nin şərq cinahının bir hissəsiyik. Düşünürəm ki, bu, bütün üzv ölkələr (NATO və Aİ – red.) üçün qazanclı situasiya olacaq. - deyə Reznikov YouTube-da yayımlanan Bratislava forumunda çıxışı zamanı deyib.

NATO bundan əvvəl iyunda Madrid sammitində yeni alyans strategiyasının müzakirə ediləcəyini bildirmişdi.

Mənbə: RİA Novosti

Bənzər yazılar

0.14625406265259