Bakıda uşaqlara aylarla əzab verildiyi iddia edilən sığınacağın rəhbəri ilə bağlı yeni məlumatlar üzə çıxıb.
“Qafqazinfo.az”ın əldə etdiyi məlumata görə, “Sevgi evi” qadın və uşaq sığınacağının sahibi Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır. Zülfü Qasımov Ağdam YAP təşkilatının keçmiş Aparat rəhbəri kimi fəaliyyət göstərib.
Sığınacağın rəhbəri Könül Qasımova eyni zamanda sosial şəbəkələrdə bloqer kimi tanınan, daha çox bloqer Aysel Şükürova ilə birgə videolar çəkən Raul İsgəndərlinin anasıdır.
Qeyd edək ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M.-in (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.
Fakta görə cinayət işi başlanıb.
Şəkildəki şəxs Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovdur.