Binəli Yıldırım Şuşada səfərdədir

 15-06-2023

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırım Şuşada səfərdədir.

Bu barədə siyasətçi özünün “Twitter” hesabında xəbər verib.

O, türk millətinin iki mötəbər dövləti olan Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələrin gələcəkdəki yol xəritəsini müəyyənləşdirmək məqsədilə təşkil edilən “Azərbaycan-Türkiyə Strateji Müttəfiqlik Əlaqələri: Gələcəyimizin Ortaq Yol Xəritəsi” adlı beynəlxalq konfransına uğur arzulayıb.

“Qardaş Azərbaycan Respublikasının 2020-ci ildə 30 ilə yaxın işğal altında olan Qarabağın azad edilməsində qazandığı şanlı qələbədə Türkiyə olaraq dəstəyimiz türk milləti və türk dövlətləri arasında münasibətlərdə yeni bir dövrün başlanmasına imkan yaratdı. Bu səbəbdən qürurluyuq, xoşbəxtik”, - deyə o bildirib.

Bənzər yazılar

0.33475017547607