Biləcəridə narkotik çəkən taksi sürücüsü XƏSTƏXANADA ÖLÜB

 02-06-2022

Bakıda narkotikin təsiri altında saxlanılan sürücü dünyasını dəyişib.

MillətinSəsi.info paytaxtın Biləcəri qəsəbə sakini 39 yaşlı Tahir Fərzəliyev narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

O, saxlanılan zaman səhhəti pis olduğundan xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tahir Fərzəliyevin narkotikdən zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. (Lent.az)

 

Bənzər yazılar

0.29552507400513