Türkiyənin müdafiə naziri: “Azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”

 13-06-2023

“Azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda jurnalistlərə açıqlamasında deyib.

O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib.

“Türkiyə ilə Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə fəaliyyətlərini davam etdirəcək. Azərbaycan Ordusunu daha da inkişaf etdirmək üçün hər cür dəstəyi verməyə hazırıq. NATO standartlarına uyğun olaraq birgə təlimlərimizi davam də etdirəcəyik”, - Y.Gülər vurğulayıb.

Bənzər yazılar

0.16610908508301