"Karayev City" Mənzil-Tikinti Kooperativindən mənzil alan şəxslər məhkəməyə müraciət edib.
32gun.az-ın məlumatına görə, bu barədə iddiaçılar- Raya İsmayılova, Aygün Mustafayeva və Mehdi Əhmədov Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, vətəndaşlar alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın sədirliyi araşdırılacaq.
Bildirək ki, nizamnamə kapitalı 200 AZN olan sözügedən MTK-nın qanuni təmsilçisi Elən İsmayılov adlı şəxsdir.