Özünü maşında ehtiyatsızlıqdan özünü güllələyən POLİSİN SON GÖRÜNTÜSÜ - VİDEO

 01-06-2022

Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, 99-SM-907 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobili idarə edən şəxs maşının içində özünə qəsd edib.

Onun özünü silahla başından vurduğu bildirilir. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Məlumatda o da qeyd olunub ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

“Polis əməkdaşı dərhal DİN-in Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib. Allah rəhmət eləsin!” - məlumatda qeyd edilib.

Bənzər yazılar

0.28694915771484